Bakı Rusiya ilə hava sərhədlərini açdı

Rusiyanın aviaşirkəti Bakıya uçuş həyata keçirib.  

 
Bu barədə Modern.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər. Qeyd olunub ki, "Aeroflot" Hava Yollarına məxsus hava gəmisi aylar sonra ilk reysini edib:  
 
"Ötən gecə "Aeroflot" aviaşirkətinə məxsus təyyarə Moskva-Bakı reysini həyata keçirib.  
 
  Qeyd edək ki, uçuşlar həftədə 2 dəfə Moskva-Bakı-Moskva istiqamətində həyata keçiriləcək".