ABŞ: NATO-nun Rusiya və Çinə qarşı strategiyasını dəyişdirməyin vaxtı gəlib

Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi NATO-nun hazırkı strategiyasının daha çox Rusiya ilə münasibətlərə yönəldiyini söyləyib. 

Brüsseldə NATO sammiti ərəfəsində Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Ceyk Sallivan verdiyi açıqlama zamanı bildirib ki, bu sammitin nəticəsi olaraq gözlənti 2022-ci il NATO sammitində açıqlanacaq yeni bir strateji konsepsiya prosesinə bağlılıqdır: 

 "Əvvəlki strategiya digər hallarda olduğu kimi Rusiyanı konstruktiv tərəfdaş adlandıran və Çindən ümumiyyətlə bəhs etməyən 2010-cu ildə hazırlanmışdı. Buna görə NATO üçün bu strateji konsepsiyanı yeniləməyin vaxtı gəlib və Prezident Bayden bu sammitdə müttəfiqlərimiz və tərəfdaşlarımızla bunu müzakirə edəcək". 

 Bundan əvvəl Ağ Ev NATO-nun Rusiya və Çini nəzərə alaraq strateji siyasətində islahatlar aparmaq niyyətində olduğunu bildirmişdi.