BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?

-- Şiə və əhli-sünnə rəvayətlərində bu böyük iftixar....

Allah-Taalanın geniş rəhmət və mərhəmət ocağı olan behiştə daxil olmaq hər kəsin səadət və xoşbəxtliyinə aşkar dəlildir. Əgər bir kəs behiştə hamından əvvəl daxil olarsa, bu, onun ən üstün fəzilət sahibi olmasının göstəricisidir. Şiə və əhli-sünnə rəvayətlərində bu böyük iftixar Peyğəmbəri-Əkrəmin (s) kəlamında xanım Fatimeyi-Zəhraya (s.ə.) məxsus edilmişdir:

1. O həzrət bir hədisdə buyurur:

اوَّلُ شَخْصٍ یدْخُلُ الْجَنَّةَ فاطِمَةُ بِنْتُ مُحَمَّدٍ وَ مَثَلُها فِی هذِهِ الْامَّةِ مَثَلُ مَرْیمَ فِی بَنِی اسْرائِیلَ

“Behiştə daxil olacaq ilk şəxs Muhəmmədin qızı Fatimədir. Onun bu ümmət arasındakı məsəli Məryəmin İsrail övladları arasındakı məsəli kimidir.” (“Kənzül-ümmal”, 6-cı cild, səh.19.)

Məşhur islami rəvayətlərdən məlum olur ki, xanım Fatimeyi-Zəhranın (s.ə.) şövkət və təm-təraqla böyük “Məhşər” səhnəsinə daxil olması və oradan da behiştə doğru yollanması onun böyük məqamından xəbər verir. Aşağıdakı rəvayətlərə diqqət yetirək:

2. Əmirəlmöminin Əli (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:

تحشر ابنتی فاطمة یوم القیامة و علیها حلة الکرامة قد عجنت بماء الحیوان، فتنظر الیها الخلائق فیتعجبون منها

“Qiyamət günü Qızım Fatimə əyninə həyat suyu ilə qarışmış libas geyindiyi halda məhşərə gətiriləcək. Hamı onun böyük məqamına baxıb təəccüblənəcək.”

O həzrət hədisin davamında buyurur:

فتزف الی الجنة کالعروس لها سبعون الف جاریة

“Fatiməni gəlin tək böyük ehtiramla və yetmiş min hurinin müşayiəti ilə behiştə aparacaqlar.” (“Zəxairul-uqba”, səh.48.)

3. Ayişə Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:

اذا کان یوم القیامة نادی مناد یا معشر الخلائق طأطئوا رؤسکم حتی تجوز فاطمة بنت محمد

“Qiyamət günü bərpa olduqda, carçı nida edər: “Camaat! Başınızı aşağı dikin ki, Muhəmmədin qızı Fatimə gəlir.”

فتمرمع سبعین الف جاریة من الحور العین کمر البراق

“Fatimə min hurul-eynlə birlikdə işıq sürətilə behiştə doğru hərəkət edəcək.” (“Tarixi-Bağdad”, 1-ci cild, səh.141.)

4. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə oxuyuruq: Meraca aparıldığım gecə behiştin qapısında bu cümlənin yazıldığını gördüm:

«لا اله الاّ اللّه، محمد رسول اللّه، علی حبیب اللّه، و الحسن و الحسین صفوة اللّه و فاطمة خیرة اللّه، علی باغضهم لعنة اللّه

“Allahdan başqa məbud yoxdur. Muhəmməd Allahın Rəsulu, Əli Allahın həbibidir. Həsənlə Hüseyn Allahın bəyəndikləri, Fatimə isə Allahın seçdiyi şəxsdir. Onların düşmənlərinə Allahın lənəti olsun!” (“Kənzül-ümmal”, 6-cı cild, səh.218; “Bərtərin banuye cəhan – Fatimeyi-Zəhra (s.ə.)”, kitabından, Ayətullah Məkarim Şirazi.)

Rza Şükürlü (Maide.az)