Benynül-Hərəmeyndə güclü yağış – VİDEO

İraqın Nəcəf, Kazimeyn və Samirra şəhərlərinin leysan yağışlara qərq olduğu barədə məlumat vermişdik. İndi isə sizə müqəddəs Kərbəlanın Beynül-Hərəmeyndən görüntüləri təqdim edirik. Videonu FaktXeber.com-un redaksiyasına zəvvarlardan biri göndərib.
 
Kadrlarda zəvvarların yağışı necə sevinclə qarşıladıqları əks olunur. Belə ki, güclü leysana baxmayaraq insanlar dualar oxuyur, namaz qılır, əzadarlıq edirlər.
 
Qeyd edək ki, Beynül-Hərəmeyn - İmam Hüseyn (ə) və Həzrəti Əbülfəzl Abbasın (ə) mübarək məzarları arasındakı xiyabandır və mənası iki hərəmin arası deməkdir.