Almaniyanın Berlin şəhərindən Şəhidlik məscidinə bomba qoyulması barədə polisə məlumat daxil olub.
Maide.Az “TRT Haber”ə istinadən xəbər verir ki, məlumat cümə namazına 2 saat qalmış verilib.
Məscid ətrafında təhlükəsizlik tədbirləri görən polislər insanları da ərazidən təxliyyə ediblər.
Aparılan axtarışlar nəticəsində heç bir partlayıcı maddə tapılmayıb.