Berlində Peyğəmbərin rehləti (s) münasibətilə əzadarlıq mərasimi keçiriləcək

Berlinin İslam Mərkəzində Həzrət Məhəmməd peyğəmbərin (s), İmam Həsən Müctəbanın (ə) və İmam Rzanın (ə) şəhadət günləri münasibəti ilə əzadarlıq mərasimləri keçiriləcək.
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, bu barədə Almaniyanın paytaxtı Berlin şəhərinin İslam Mərkəzinin rəsmi internet saytı məlumat yayıb.
 
Həzrət Məhəmməd peyğəmbərin (s), İmam Həsən Müctəbanın (ə) və İmam Rzanın (ə) şəhadət günləri münasibəti ilə keçiriləcək əzadarlıq mərasimləri  oktyabrın 24-də və 28-də  İslam Mərkəzinin məscidində Məğrib və İşa namazlarından sonra təşkil olunacaq. 
 
Mərasimdə çıxış edən xətiblərn çıxışı Alman dilinə tərcümə ediləcək.