Noyabrın 14-də İranın paytaxtı Tehranda Beynəlxalq Vəhdət konfransı öz işinə başlayıb.
Maide.Az “tasnimnews”-ə istinadən xəbər verir ki, 33-cü beynəlxalq Vəhdət Konfransı, "Əqsa məscidinin müdafiəsində ümmətin birliyi" başlığı altında keçirilir.
Bu konfransda İslam Məzhəblərini Yaxınlaşdırma Baş Assambleyasının üzvlərilə yanaşı, dünyanın ən azı 93 ölkəsindən 350-ə yaxın din alimi və fikir sahibləri iştirak edir.
Qurani-Kərimin tilavətindən sonra Məzhəblərin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi Ayətullah Möhsün Əraki və Həsən Ruhaninin çıxışı ilə başlayan konfrans, alimlərin nitqlərilə davam edib.
Konfransda həmçinin 250-dən çox Əhli-sünnə alimi iştirak edir.
İki günlük konfransda İslam dünyasında ən önəmli məsələlər haqqında müzakirələr aparılacaq.