Biləsuvarda zəlzələ qeydə alınıb

İyunun 3-də yerli vaxtla saat 22:09-da Cəlilabad stansiyasından 33 kilometr şimal-qərbdə Biləsuvar rayonu ərazisində zəlzələ baş verib.
 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yeraltı yeraltı təkanların maqnitudası 3,1 bal olub.
 
Zəlzələ hiss olunmayıb.