Bir həftə ərzində İraqa yeddi mindən çox qaçqın gəlib

Suriyanın şimalında Türkiyə hərbi əməliyyatının başlamasından bir həftə sonra yeddi mindən çox suriyalı qaçqın İraqa gəlib.

Maide.Az RİA novosti-yə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Andrey Maxeçiç keçirdiyi brifinqdə bildirib.

Maxeçiçin sözlərinə görə, qaçqınların əksəriyyəti psixoloji yardıma ehtiyacı olan qadınlar və uşaqlardır.

BMT QAK-ın məlumatına görə, ümumilikdə İraqda 229 min suriyalı qaçqın var.