BMT: ‘Yəmən böhranı - dünyanın ən pis humanitar böhranıdır’

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Yəmən böhranının dünyada baş verən ən pis humanitar böhran olduğunu vurğulayaraq, Yəmənə kömək üçün beynəlxalq dəstək üçün çağırış edib.
 
Maide.Az "Deyerler.org"-a istinadən verdiyi xəbərə görə, Elizabet Trossel Yəmənin vəziyyətini acınacaqlı hal kimi qiymətləndirərək, "Maliyyənin olmaması Yəməndəki humanitar proqramı təhdid edir", - deyə qeyd edib. BMT rəsmisi, büdcənin olmaması və maliyyələşdirmə çatışmazlığı Yəməndə humanitar proqramların dayandırılmasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq etdi. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı bu yaxınlarda Yəməndəki humanitar vəziyyəti çox acınacaqlı adlandırdı və bu müharibə şəraitində olan ölkədə 18 milyon insan üçün qeyri-kafi ərzaq təhlükəsizliyi barədə xəbərdarlıq etdi.
 
Qeyd edək ki, Səudiyyə rejimi, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında hava, dəniz və qurudan maneə törətməklə Yəmənə qarşı hərbi təcavüzə başladı. Bu günə qədər Səudiyyə rejimi və müttəfiqlərinin Yəməndə başlatdıqları müharibə 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla vətəndaşının qaçqın olmasına səbəb oldu.