BMT: `Nüvə müharibəsinin başlanma riski artmaqda davam edir`

Nüvə müharibəsinin başlanma riski artmaqda davam edir. Bu barədə BMT baş katibinin silahsızlandırma məsələlərinə nəzarət edən müavini İzumi Nakamitsu "Kommersant"a bəyan edib.
 
O, müsahibəsində nüvə gücləri arasında qarşıdurmanın inamsızlıq səbəbiylə baş verə biləcəyini izah etdi. BMT Baş katibinin müavini hesab edir ki, bu anda dünyada bir qarışıqlıq hökm sürür. 
 
"Hər kəsə tanış olan "Qiyamət Günü saatı" yenə gecə yarıya iki dəqiqə qalmışa döndü. Vəziyyətin kritik olacağına dair ciddi narahatlıqlar var ", -deyə Nakamitsu əlavə edib.
 
O, silahlara nəzarət rejiminin zəifləməyə və geosiyasi vəziyyətin mürəkkəbləşməyə davam etdiyini diqqətə çatdırdı.
 
“Artıq sadə bipolyar bir dünya yoxdur. Dünya daha mürəkkəb və çoxqütblü oldu "deyə o əlavə edib./FaktXeber