BMT Əfqanıstanda İŞİD-in artmasından narahatdır

BMT baş katibi İŞİD terror qruplaşmasının Əfqanıstanda mövcudluğunun genişlənməsindən narahatlığını bildirib.

 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, BMT Təhlükəsizlik Şurasına verdiyi hesabatda Antoniu Quterreş qeyd edib ki: "Əfqanıstan təhlükəsizlik qüvvələrinin İŞİD-ə qarşı keçirdiyi əməliyyatlara baxmayaraq, bu terror qruplaşması Əfqanıstanda fəaliyyətini genişləndirir."
 
O, sentyabrın 28-də Əfqanıstanda keçiriləcək prezident seçkilərindən danışıb və , bütün silahlı dəstələri seçkilərə müdaxilə etməkdən çəkinməyə çağırıb.
 
BMT İŞİD-in Əfqanıstanda olmasına dair narahatlığını bildirdiyi bir anda, ölkənin bir çox siyasi ekspertləri, o cümlədən Vahid Mojde terror qruplaşmaların mövcudluğunun genişlənməsini və qeyri-sabitliyin artmasını ABŞ-ın hərbi qüvvələrinin Əfqanıstanda olmasının nəticəsi hesab edir.