BMT Fələstində qanunsuz salınan sionist yaşayış məntəqələrini pisləyir

BMT-nin Yaxın Şərq üzrə xüsusi sözçüsü, sionist rejimin Fələstin torpaqlarında yeni yaşayış məntəqələrini inşa etməsi qərarını pisləyərək, bunu "həyəcanverici plan" adlandırıb.
 
Cümə axşamı Nikolay Mladenov, Təl-Əvivin Şərqi Qüds və Qərb Sahildə bir neçə min ev tikmək planından narahatlığını ifadə edərək, sionist rejimin qərarını qınayıb.
 
Mladenov, yayımladığı bəyanatında, İsrail rejiminin işğal edilmiş Qüdsün qərb hissəsində qanunsuz sionist yaşayış məntəqələrinin genişləndirilməsini eyni zamanda İordan çayının qərb sahili ərazisində 3500 yaşayış binasının tikilişinin planlaşdırıldığını narahatedici olduğunu bildirib.
 
BMT-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, beynəlxalq qanunlara görə, sionist yaşayış məntəqələrinin tikilməsinin qanunsuz olduğunu vurğulayaraq,
 
Bunun sülhə mane olacağını izah edib. İsrail rejiminin mənbələri əvvəllər sionist baş nazir Benyamin Netanyahunun Qüdsun şərqində 3500 yaşayış binası inşa etmək qərarına gəldiyini açıqlamışdı.
 
Fələstinlilər dəfələrlə, bunun, Şərqi Qüdsü Fələstin ərazisindən ayırmaq demək olduğunu haqda xəbərdarlıq edib.
 
BMT-nin İsrail rejimi tərəfindən qanunsuz tikilişləri dayandırılması haqda çıxartdığı qətnamələrə baxmayaraq, Təl-Əviv beynəlxalq prinsiplərə zidd olaraq qanunsuz hərəkətlərini davam etdirir. /Deyerler.org /