BMT Səudiyyə Ərəbistanı rejiminin Yəməndə həbsxanaya hücumunu qınayıb

BMT Baş Katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits  təcavüzkar Səudiyyə Ərəbistan qüvvələrinin  Zamar şəhərində həbsxanaya edilən hava hücumunu qınayıb. 
 
Maide.Az  "AA"a istinadla xəbər verir ki,  M.Qriffits  Səudiyyə Ərəbistanın başçılq etdiyi koalisiya qüvvələrinin  həbsxanaya hücumunu araşdırmağa çağırıb. 
 
Baş verənləri faicə  adlandıran BMT nümayəndəsi deyib ki, Yəmən daha gözləyə bilməz. "Dinc sakinlər arasında aclıq və günahsiz qurbanların sayını azaltmaq üçün yeganə yol hərbi əməliyyatların dayandırılmasıdır. Mülki əhali arasında itki miqyası qəbuledilməz həddə çatıb. Yəmən sakinləri dinc gələcəyə layiqdirlər". 
 
Qeyd edək ki, təcavüzkar Səudiyyə Ərəbistanı rejim qüvvələri Yəməndə həbsxanaya hücumu nəticəsində 80 nəfər həyatını itirib. 
 
Həbsxanada əsasən hərbi əsirlər saxlanılırdı.