Çində dəmir filizi mədənini su basıb, 14 nəfər itkin düşüb

Çinin şimalında yerləşən Şansi əyalətində dəmir filizi mədənini su basması nəticəsində 14 nəfər itkin düşüb.
 
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.
 
Bildirilib ki, hadisə iyunun 10-da əyalətin Day qəsəbəsində baş verib.
 
Hadisənin təfərrüatı hələ ki açıqlanmayıb.