Bu gün DÇ-2022-nin püşkü atılacaq

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2022) Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.
 
Əvvəldən də bəlli olduğu kimi, millimiz püşkatma zamanı 5-ci səbətdə yer alacaq.
 
1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Hollandiya;
 
2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;
 
3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;
 
4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;
 
5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;
 
6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.
 
İsveçrənin Sürix şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
 
Qeyd edək ki, seçmə mərhələdə qrup qalibi olan 10 komanda birbaşa DÇ-2022-yə, qrup ikincisi olan 10 komanda isə pley-offa vəsiqə əldə edəcək.