Bu gün düşmən vətəndaş müharibəsinə sərmayə yatırır

Ali lider Ayətullah Xamenei İraq hadisələrindən danışdı

Maide.az-ın İsna.ir saytına isrtinadən verdiyi məlumata görə, İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei Tehranda şəhid ailələrini qəbul edib. Şəhid ailələrinin qarşısında çıxış edən Ayətullah Xamenei mübarək Ramazan ayının bərəkətini vurğulayaraq qeyd edib ki, bu böyük ayda diqqət və ixlasla, Allaha tərəf yönəlmək lazımdır.

Daha sonra O, İraqda baş verən hadisələrə toxunaraq bildirib ki, bu müharibə ABŞ , Qərb və terror tərəfdarları ilə terrorizmə zidd və xalqların suverenliyinin tərəfdarları arasında olan bir müharibədir.

Ayətullah Xamenei deyib ki, düşmən bölgədə daxili müharibələr yaratmaq istəyir, şiə və sünni arasında müharibə olacağına ümid edir. “İraqda Səddam rejiminin qalıqları və bəzi qafil, cahil, mənəviyyatdan uzaq insanlar ağır cinayətlər törədirlər. Düşmənlər isə bunu sünni-şiə müharibəsi adlandırırlar. Amma bu arzu olaraq qalacaq”, -deyə Aytəullah Xamenei deyib.

Bu mübarizə terrorla mübarizədir. Amerika və Qərbin hədəfləri ilə mübarizədir. Müsəlmanlar düşmənin bu hiylələrindən ayıq olsunlar. Düşmən müsəlmanların istiqlaliyyət və izzətini aradan aparmaq üçün hər yola əl atır.