Bu ölkədə İslam dinini təhqir edənlərə cəza veriləcək

Maldiv polis rəisi Məhəmməd Həmid İslam dini və Peyğəmbərini (s) təhqir edənlərin cəzalandırılmasını təklif edir.
 
Maide.az İQNA-ya istinadən xəbər verir ki, o, insanların belə vəziyyətlə qarşılaşacağı təqdirdə polisə məlumat vermələrini istəyib.
 
Qeyd edək ki, bu qərar ötən günlərdə Maldivdə İslam dininin təhqir edilməsi ilə bağlı faktlar ortaya çıxmış və bu da etirazlara səbəb olmuşdu. Hazırda polis həmin faktları araşdırır.