Bu ölkədə müsəlman qadınlar etiraz yürüşü keçirib

Qanada 12 min müsəlman qadın etiraz yürüşü keçirib. 
 
Maide.Az xəbər verir ki, BBC-nin Afrika nümayəndəliyinini verdiyi məlumata görə, onlar cəmiyyətdəki diskriminasiyaya son qoyulmasının tələb ediblər.
 
Qanada yaşayan müsəlman icmaları yeni qanunun qəbul edilməsinə çalışırlar ki, o qanunla hicablı xanımlara ayrı-seçkilik göstərən məmurlar cəzalandırlsın.   
 
Etiraz aksiyalarının başlamasına, məktəblərdə və bəzi iş yerlərində hicablı xanımların sıxışdırılması səbəb olub. Son hadisə isə Qərbi Afrika Universitetində baş verib. Nəzarət komissiyası müsəlman tələbəyə bildirib ki imtahana girmək üçün hicabını açmalıdır. 
 
Bundan sonra ölkənin müxtəlif şəhərlərində yaşayan minlərlə müsəlman bu kimi diskriminasiya hallarının aradan qaldırılması tələbi ilə etiraz aksiyalarına başlayıblar.
 
Qana müsəlman idarəsinin mətbuat katibi Şeyx Armiyavo Şaybu bildirib ki, müsəlmanları incidən və sıxışdıran məmurlara qarşı sanksiyalar tətbiq edilməlidir və bu sanksiyalar xalqa açıqlanmalıdır.
 
Ölkənin müsəlman gəncləri isə diskriminasiyaya son qoymaq çağırışı ilə sosial şəbəkələrdə kompaniyaya başlayıblar.