Bu məhsullar ürək-damar xəstəliklərinin qarşısını alır

Türkiyənin məşhur dietoloqu Fatma Baysal Yusuf ürək-damar xəstəliklərinin qarşısını alan məhsullardan danışıb.
 
Maide.Az bildirir ki, bu barədə "Report" “Sözcü” nəşrinə istinadən xəbər verir.
 
Yusuf bildirib ki, hər gün əzilmiş bir diş sarımsaq yemək lazımdır. Çünki bu damardaxili laxtalanmanın qarşısını alır. Dietoloq tez-tez balıq yeməyin faydalı olduğunu bildirib.
 
O, balığın antioksidant təsir göstərən “Omega-3” yağı olduğunu qeyd edib.
 
Həkim həftədə bir neçə dəfə altı-yeddi fındıq ləpəsi və iki-üç qoz yeməyi, yaşıl çay içməyi də məsləhət görüb. Yusufin sözlərinə görə, menyuya qırmızı üzüm, pomidor və qarpız əlavə etmək tövsiyə olunur.