Hindistan polisi bu gün Kəşmirdə İmam Hüseyn (ə) əzadarlarına hücum edib.
Maide.Az “Mehr” agentliyinə istinadla xəbər verir ki, Məhərrəm ayının 8-ci günündə Kəşmirin Hindistan nəzarəti altında olan Cəmun bölgəsində keçirilən əzadarlıq yürüşünə polisin hücumu nəticəsində çox sayda insan yaralanıb.
Polis çox sayda Əhli-beyt (ə) ardıcılını həbs edib.
Məlumata görə, Hindistan rəsmiləri əzadarlıqların hökumət əleyhinə mitinqlərə çevirilməsindən qorxduğu üçün Kəşmirdə Məhərrəm ayı əzadarlıqlarını qadağan edib.