Bu surəni oxumaqla malınızı tələf olmaqdan və ətəyinizi iffətsizlikdən qoruyun

Mədinədə nazil olmuş “Nur” surəsi 64 ayədən ibarətdir və Qurani-Kərimin 24-cü surəsidir. Surənin “Nur” adlandırılmasının səbəbi budur ki, onun 35-ci ayəsində Allah göylərin və yerin nuru kimi tanıtdırılır. 
 
“Nur” surəsini, həqiqətdə, cinsi pozğunluqlarla mübarizə, iffət və ismət surəsidir. Çünki onun göstərişlərinin əsas hissəsi cəmiyyətin müxtəlif yollarla cinsi aludəliklərindən paklanması mövzusuna aiddir. Elə bu səbəbdən, bütün möminlərə, xüsusi ilə də qadınlara iffət və paklığın qorunması çox tapşırıldığından rəvayətlərdə bu surəni öyrənmək və tilavət etmək qadınlara çox tövsiyə olunur. 
 
Peyğəmbəri-Əkrəm (s) buyurur:
 
وَمَنْ قَرَأَ سُورَةَ النُّورِ أُعطِى مِنَ الْأَجْرِ عَشْرُ حَسَنَاتٍ بِعَدَدِ كُلِّ وَمُؤْمِنَةٍ و مُؤْمِنٍ فيما مضى وفيما بقى
 
“Nur surəsini oxuyan (və onun göstərişlərinə əməl edən) kəsə keçmiş və gələcəkdəki mömin və möminələrin sayı qədər on savab verilər.”
 
İmam Sadiq (ə) buyurur:
 
حصنوا أموالكم وفروجكم بتلاوة سورة النور، وحصنوا بها نسائكم، فان من أدمن قرائتها في كل يوم أو في كل ليلة لم يزن أحد من أهل بيته أبدا حتى يموت
 
“Nur surəsini tilavət etməklə malınızı tələf olmaqdan və ətəyinizi iffətsizlikdən qoruyun, (onun göstərişləri sayəsində) qadınlarınızı azğınlıqlardan amanda saxlayın ki, hər kim bu surəni gecə-gündüz oxumağa davam edərsə, ailəsindən heç kim ömrünün sonuna qədər iffətsiz əmələ düçar olmaz.” (“Nurus-səqəleyn”, 3-cü cild, səh.568; “Təfsiri-nümunə”, 14-cü cild, səh.353.)
 
Maide.Az