Cəbhə bölgəsində əhalinin sosial iqtisadi durumu

"Hazırda cəbhə zonasında, Füzuli, Ağdam, Tərtər rayonlarında əhlinin sosial durumu qənatbəxşdir. Apardığımız araşdırmalar göstərir ki, bu yöndə Müdafiə Nazirliyinin bilavasitə köməyi var". Bu fikirləri SalamNews-a iqtisadçı ekspert Nicat Hacızadə bildirib.
 
O deyib ki, güclənən ordumuza günü gündən yeni çavuşlar, əsgərlər qoşulur ki, onlar müddətdən artıq xidmət edən hərbi qulluqçulardır. Cəbhə zonasında verilən əmək haqqıların arxa cəbhəyə nisbətdə 2 dəfə çoxdur. Həmin zonanın camaatında həm ordu sıraların qoşulub vətənin keşiyində dururlar, həm də sosial maliyyə durmunu yaxşılaşdırırlar. Araşdırmalarımız göstərir ki, xidmət edən müddətdən artıq hərbi qulluqçularımız 500 AZN-dən 800 AZN-ə qədər məbləğdə əmək haqqı alırlar, bu də təbii ki rayon kənd yerində kifayət qədər yüksək məbləğdir. Həmçinin rayon, kənd əhalisinin üstəlik kənd təsərrüfatı, mal qaraçılıqlar məşğul olması bu məsələyə daha güc verir.