CƏMADİUS-SANİ AYININ ƏMƏLLƏRİ

Şeyx Abbas Qummi “Məfatihul-cinan” kitabında Seyid ibn Tavusdan nəql edir ki, Cəmadius-sani ayı daxil olduqdan sonra iki-iki dörd rükət namaz qılmaq və namazın salamından sonra yetmiş dəfə aşağıdakı zikrləri demək tövsiyə olunur:

سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَكْبَرُ

(Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu-əkbər.)

Allah bütün eyiblərdən pak və uzaqdır. Həmd-səna Allaha məxsusdur. Allahdan başqa heç bir tanrı yoxdur və Allah böyükdür!

Yetmiş dəfə:

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ

(Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd.)

İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir!

Sonra üç dəfə:

للَّهُمَّ اغْفِرْ لِلْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ

(Əllahumməğfir lil-mu`mininə vəl-mu`minat.)

İlahi, mömin kişilər və möminə qadınları bağışla!

Sonra səcdəyə gedərək üç dəfə de:

يَا حَيُّ يَا قَيُّومُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا اللَّهُ يَا رَحْمَانُ يَا رَحِيمُ يَا أَرْحَمَ الرَّاحِمِينَ

(Ya həyyu ya qəyyum, ya zəl-cəlali vəl-ikram, ya Əllahu ya rəhmanu ya rəhim, ya ərhəmər-rahimin.)

Ey diri, ey əbədi, ey calal və kəramət sahibi, ey Allah, ey bağışlayan, ey mehriban, ey mehribanların ən mehribanı!

Sonra Allah-Taaladan öz hacətini dilə!

Cəmadius-sani ayının 3-cü günü

Cəmadius-sani ayının 3-cü günü İslam Peyğəmbərinin qızı xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhaətinə təsadüf etdiyindən, o xanımın xatirəsinə əza məclislərinin təşkil edilməsi və aşağıdakı kiçik ziyarətnamənin oxunması tövsiyə olunur:

السَّلامُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكِ يَا وَالِدَةَ الْحُجَجِ عَلَى النَّاسِ أَجْمَعِينَ السَّلامُ عَلَيْكِ أَيَّتُهَا الْمَظْلُومَةُ الْمَمْنُوعَةُ حَقَّهَا

(Əssəlamu ələyki ya səyyidətə nisail-aləmin. Əssəlamu ələyki ya validətəl hucəci ələn-nasi əcməin. Əssəlamu ələyki əyyətuhəl məzlumətul məmnuətu həqqəha.)

Salam olsun sənə, ey aləmlərin qadınlarının xanımı! Salam olsun sənə, ey insanların üzərindəki bütün ilahi höccətlərin (imamların) anası! Salam olsun sənə, ey zülmə məruz qalan və haqqı qəsb olunan xanım!

Sonra de:

اللَّهُمَّ صَلِّ عَلَى أَمَتِكَ وَ ابْنَةِ نَبِيِّكَ وَ زَوْجَةِ وَصِيِّ نَبِيِّكَ صَلاةً تُزْلِفُهَا فَوْقَ زُلْفَى عِبَادِكَ الْمُكَرَّمِينَ مِنْ أَهْلِ السَّمَاوَاتِ وَ أَهْلِ الْأَرَضِينَ

(Əllahummə səlli əla əmətikə vəbnəti nəbiyyik, və zəvcəti vəsiyyi nəbiyyik, səlatən tuzlifuha fəvqə zulfə ibadikəl mukərrəminə min əhlis-səmavati və əhlil-ərəzin.)

İlahi, kənizin, Peyğəmbərinin qızı və Peyğəmbərin canişininin zövcəsinə salam yetir; elə bir salam ki, onu Sənin səma və yer əhlindən olan əziz bəndələrinin məqamından da üstün bir məqama yüksəltsin!

Mötəbər rəvayətdə göstərilir ki, hər kəs xanım Fatimeyi-Zəhranı (s.ə.) bu ziyarətnamə ilə yad edərək Allah-Taaladan bağışlanmaq diləsə, Allah-Taala onun günahlarını bağışlayar və onu cənnət əhlindən qərar verər.

Seyid ibn Tavus da “Zəvaidul-fəvaid” kitabında bu ziyarətnamənin Cəmadius-saniyə ayının 3-cü günü – xanım Fatimey-Zəhranın (s.ə.) şəhadət gününə məxsus olduğunu əlavə etmiş və həmin kitabda o həzrəti ziyarət etməyin qaydası belə göstərilmişdir: “Əvvəlcə ya iki rükət ziyarət namazı, ya da xanım Fatimeyi-Zəhraya (s.ə.) məxsus namaz qılınır. (O xanıma məxsus namaz iki rükətdir və hər rükətdə “Həmd”dən sonra altmış dəfə “İxlas” surəsi tilavət olunur. Əgər bunun yerinə yetirlməsi çətin olarsa, birinci rükətdə “Həmd”dən sonra bir dəfə “İxlas” surəsi, ikinci rükətdə isə “Həmd”dən sonra bir dəfə “Kafirun” surəsi tilavət olunur. Namazdan sonra isə yuxarıdakı ziyarətnamənin oxunması tövsiyə olunur.

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Cəmadius-sani” ayının əməlləri” bölümü, səh.532-533.)

Rza Şükürlü