Cənubi Koreyada güclü yağışlar 33 nəfərin ölümünə səbəb olub

Cənubi Koreyada aramsız güclü yağışlar onlarla insanın ölümünə səbəb olub.

 
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, güclü yağışlar nəticəsində 33 nəfər həlak olub, 8 nəfər xəsarət alıb, 9 nəfər isə itkin düşmüş sayılır.
 
Məlumata əsasən, güclü yağışlar səbəbindən 7 mindən artıq insan təxliyə edilib, 6 minə yaxın yaşayış evinə, istixanalara, 2,5 min heyvandarlıq təsərrüfatına və anbarlara zərər dəyib.
 
Bildirilir ki, ölkə üzrə 27 min hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahələri su altında qalıb.