Dünyada məcburi köçkünlərin sayı daha 3 milyon nəfər artaraq 84,4 milyon nəfərə çatıb.
Maide.Az-ın məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı açıqladığı yeni hesabatda bildirib.
Hesabat müəllifləri qeyd edir ki, Fələstin, Vnesuela, Yəmən, Suriya və Muzambik 2020-ci ildə məcburi köçkünlərin çoxluq təşkil etidyi yerlərdir.
Hesabata görə, Yəməndə 7 il müharibənin nəticəsində 4 milyon nəfər - onların əksəriyyətini uşaq və qadınlar təşkil edir - öz evlərindən didərgin düşüb.
Qeyd olunub ki, qaçqınların 42 faizi 18 yaşdan aşağı yeniyetmələrdir.