Colanda etiraz aksiyası keçirildi

Suriyanın işğal altında olan Colan təpələri bölgəsində İsrail rejimi əleyhinə aksiya keçirilib. 

Bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumatda vurğulanır ki, Colan təpələri bölgəsindəki sakinlər Suriya dövlətinə yenidən birləşdirilmək istədiklərini şüarlarla səsləndiriblər. 

İsrail əsgərlərinin işğal altındakı torpaqlarda nümayişçilərə müdaxilə etdiyi və saxlanılanların da olduğu diqqətə çatdırılır. /eastnews/