Diabet və korluq: alimlər göz dibinin müalicəsi üçün sistem hazırladılar

Samara Universitetinin alimləri diabetik retinopatiya – göz dibi xəstəliklərinin cərrahi müalicəsi üçün bir sistem hazırlayıblar.
 
Maide.Az "RİA Novosti"ə istinadla xəbər verir ki, tədqiqatçıların fikrincə, sistem fəsad və korluq risklərini azaltmağa, həkimlərin səhvlərinin çoxunu aradan qaldırmağa və əməliyyatın uğurunu artırmağa imkan verəcək.
 
Tədqiqatın nəticələri "Компьютерная оптика" jurnalında dərc olunub.
 
Orqanizmdə qlükozanın artması nəticəsində gözün torlu qişasının qan damarlarına daha az oksigen daxil olur ki, bu da diabetik retinopatiyaya səbəb olur. Bu xəstəliyin ən ciddi ağırlaşmalarından biri də makula ödemidir. Onun meydana gəlməsi korluğa səbəb olur.
 
Alimlərin fikrincə, diabetik retinopatiyanın müalicəsinin effektiv yolu lazer vasitəsilə ödem bölgəsində dozalaşdırılmış yanıqlar tətbiq etməkdir. Bu zaman onların bəzi damarlara düşməsinin qarşısını almaq lazımdır. Lazerlə işlənməsi üçün lazım olan sahələri müəyyən etmək üçün mütəxəssis həkim cəlb olunur. Beləliklə, əməliyyatın planlaşdırılması çox vaxt tələb edir və yanma üçün nöqtələrin əllə yerləşdirilməsi qeyri-optimal və qeyri-dəqiq ola bilər. Nəticədə, klinikalar keyfiyyətsiz əməliyyat səbəbindən xəstəni bahalı prosedurlara yönəltməli olur.
 
Samara alimləri tərəfindən hazırlanan sistem, ilk növbədə rəqəmsal görüntü işlənməsi və optimal yanma planlaşdırmasını əhatə edir.
 
"Tədqiqat diabetik retinopatiyanın müalicəsi üçün edilən əməliyyatların müvəffəqiyyəti haqqında statistik məlumat verəcək. Məlumatlara əsasən əməliyyatdan əvvəl tövsiyə olunan müalicə planını əks etdirən prototip sisteminin tətbiqi planlaşdırılır" deyə, tədqiqatın həmmüəllifi, Samara Universitetinin Texniki Kibernetika kafedrasının professoru Natalia İlyasova bildirib.
 
Gələcəkdə alimlər texnologiyanı oftalmoloji klinikalarda genişlənmiş reallıq sistemi kimi təqdim etməyi planlaşdırırlar. Nəticədə həkimlər diabetik retinopatiya üçün tövsiyə olunan müalicə planını real vaxt rejimində müşahidə edə biləcəklər.