Dünyada 10 milyon uşaq koronavirus səbəbiylə təhsildən məhrum ola bilər

Bu ilin sonuna qədər dünyada ən azı 9.7 milyon uşaq koronavirus pandemiyasından sonra artan yoxsulluq və təhsil xərcləri səbəbindən məktəbi tərk etmək məcburiyyətində qalacaq. 
 
Maide.Az xəbər verir ki, bu barədə “Save the Children” beynəlxalq xeyriyyə təşkilatı tərəfindən nəşr olunan hesabatda deyilir.
 
Tədqiqata görə, koronavirus pandemiyası bəzi yoxsul ölkələrdə təhsil xərclərini növbəti 18 ay ərzində təxminən 77 milyard dollar azaldacaq.  “Nəticədə 40 ölkənin uşaqları əbədi olaraq məktəbi tərk edə bilər və aşağı ixtisaslı iş yerlərində qazanc əldə etməyə başlaya bilər. Mövcud vəziyyət bir sıra Afrika ölkələrinin, həmçinin Yəmən və Əfqanıstanın da daxil olduğu 12 ölkə üçün xüsusi təhlükə yaradır.”
 
Hesabatda YUNESKO-nun məlumatlarına da istinad edilir. 
 
Məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar təhsil müəssisələrinin bağlanması 1 milyarddan çox uşağa ibtidai və ya orta təhsildə təsir göstərmişdir.
 
TASS agentliyi xəbər verir ki, onlardan 500 milyonunun distant təhsil almaq imkanları yoxdur və çoxlarının valideynləri savadsızdır və onlara yeni biliklərin mənimsənilməsində kömək edə bilmirlər.