Dünyada ilk dəfə belə universitet açılacaq

Əbu Dabidə təsis edilən universiet dünyada bir ilk olacaq ki tələbələri "Süni intellekt" mütəxəssisi kimi yetişdirəcək.
 
Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, Muhamməd Bin Zayed adını daşıyan ali məktəbin açılışı 2020-ci ilin avqustunda olacaq.
 
Bu təhsil ocağına dövlət müəssisələri və süni intellekt texnologiyaları sahəsi ilə əlaqədar olan ticarət təşkilatlarının nümayəndləri qəbul ediləcək.
 
Gözlənildiyi kimi universitet tələbələrə yüksək bilik əldə etməyə  imkan yaradacaq.
 
Universitetin fəxri nümayəndələri sırasında dövlət naziri Sultan Əhməd Əl Cabir də yer tutur. 
 
Həmçinin Oksford, Miçiqan, Pekin, Massaçuset Universitetlərinin professorları da fəxri nümayəndə şurasının üzvlüyündədirlər.
 
Bildirilir ki, 2030-cu ildə süni intellekt texnologiyaları dünya iqtisadiyyatına 16 trilyon gəlir gətircək ki, bundan 14 faizi BƏƏ payına düşəcək.