Dünyada Vəhdət həftəsi mərasimləri: Məşhəd və Qum - FOTO

 Əziz Peyğəmbərimizin (s) mübarək mövludu münasibətilə dünyanın hər yerində "Vəhdət həftəsi" adıyla müsəlmanlar müxtəlif bayram tədbirləri vә mərasimlər keçirirlәr.
 
Məşhəd şəhərində İmam Rzanın (ə) müqəddəs ziyarətgahı və Qum şəhərində bacısı Həzrət Məsumənin (s) ziyarətgahı  Həzrət Muhəmməd Mustafa (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları ərəfəsində dekorativ və mövsümi çiçəklərlə bəzədilib.
 
Maide.Az xəbrə verir ki, İmam Rzanın (ə) hərəmində böyük meydanında çiçəklərlə “Ya Muhəmməd (s)” yazılmış təbii xalça hazılanıb.
 
İmam Rzanın (ə) ziyarətgahının həyətini və sarayını bəzəmək üçün 20.000 mövsümi çiçək və 4000 dekorativ çiçək budağı istifadə edilib. 
 
Qumda Həzrət Məsumənin (s.ə) pak qəbrinin olduğu qızılı zərihin üzərinə gül çələngləri yerləşdirilib.