Dünya dövlətlərinin xarici borcları 70 trilyon dollara yaxınlaşıb

Bu il dünya dövlətlərinin xarici borcları ticarət müharibələrinin artması və qlobal iqtisadi artım tempinin yavaşlaması fonunda bir qədər də artaraq yeni rekord həddə - 69,3 trilyon ABŞ dollarına çatıb.
 
 "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb.
 
 Hazırda ən çox borcu olan dövlət ABŞ-dır. Bu ölkə 22 trilyon dollar borcla öndə gedir. Növbəti yerlərdə 11,8 trilyon dollar borcla Yaponiya və 6,8 trilyon dollar borcla Çin qərarlaşıb.
 
 Hazırda qlobal borcun dünya üzrə ümumi daxili məhsulun dəyərinə nisbəti 82% təşkil edir ki, bu da bəşər tarixində rekord göstəricidir. Sözügedən nisbətən ən yüksək hədləri Yaponiya (238%), Sudan (207%) və Yunanıstandadır (177%).