Donald Trump Con Boltonu işdən çıxartdı

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trump Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonu işdən azad edib.
 
Donald Trum öz Twitter hesabından bildirib ki, rəhbərlik etdiyi administrasiyanın bir çox əməkdaşı ilə olduğu kimi Boltonun da bir sıra mülahizələri ilə qətiyyən razılaşmayıb.
 
"Mən John-dan xahiş etdim ki, öz postunu tərk etsin və onun istefasını bu gün səhər qəbul etdim. John-a işinə görə təşəkkür edirəm. Gələn həftə milli təhlükəsizlik məsələləri üzrə yeni məsləhətçini təyin edəcəm", - Trump yazıb.
 
Bolton özü isə Twitter hesabında bildirib ki, "istefasını prezidentə axşamdan bildirib", Trump isə ona "gəl, bunu sabah müzakirə edək deyib".
 
John Bolton ABŞ-ın Trump tərəfindən işdən uzaqlaşdırılan üçüncü Milli Təhlükəsizlik Müşaviridir. Boltonun yerinə onun köməkçisi Charlie Kupperman müvəqqəti məsləhətçi təyin edilib. Kupperman əvvəllər əsas müdafiə firmaları - Lockheed Martin və Boeing-də rəhbər vəzifələrdə çalışıb.
 
Rəsmi olaraq onun getməsinin səbəbi açıqlanmır, lakin Bolton və Trump-ın ABŞ prezidentinin "Taliban" hərəkatının (Rusiyada qadağan olunmuş) nümayəndələrini onun ABŞ-dakı Camp David iqamətgahına dəvət etmək planları ilə bağlı fikir ayrılıqları olduğu barədə ehtimallar var.
 
Dövlət katibi Mayk Pompeo, Bolton ilə tez-tez razılaşmadığını təsdiqləyib və deyib ki, prezidentin komandasına onun etibar etdiyi və qiymətləndirdiyi insanlar daxil olmalıdır. /bbc