Dövlət Neft Fondunun gəlir-çıxarı

Dövlət Neft Fondu (DNF) doqquz aylıq hesabat yayıb. Rəsmi məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında DNF-nin gəlirləri 6 milyard 593,1 milyon manat, xərcləri 9 milyard 46,3 milyon manat olub.
 
2020-ci ilin dövlət büdcəsinə 8 milyard 852,5 milyon manat köçürüldüyü, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərə 178,5 milyon manat, 2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramının maliyyələşdirilməsinə 400 min manat yönəldildiyi vurğulanır, DNF-nin idarə edilməsi ilə bağlı xərclər 14,9 milyon manat göstərilir.
 
Oktyabrın 1-nə fondun aktivləri 43 milyard 288,6 milyon ABŞ dollarına bərabər olub.
 
DNF 1999-cu ildə yaradılıb.