Dövrün ən yaxşıları

İmam Sadiq (ə) Kufədən gələn bir qrup şiə ilə vidalaşarkən belə tövsiyə edir: 
 
اُوصيكُم بِتَقوَى اللّه، وَالعَمَلِ بِطاعَتِهِ، وَاجتِنابِ مَعاصيهِ، وأداءِ الأَمانَةِ لِمَنِ ائتَمَنَكُم، وحُسنِ الصَّحابَةِ لِمَن صَحِبتُمُوهُ، وأن تَكونوا لَنا دُعاةً صامِتينَ. 
 
“Sizə Allahdan qorxmağı (təqvanı), Onun əmrinə tabe olmağı və günahdan uzaqlaşmağı, əmanəti sahibinə qaytarmağı, yoldaşlıq edənlə yaxşı yoldaşlıq etməyi və bizi sükutla tanıtmağınızı tövsiyə edirəm.”
 
Dedilər:
 
يَا بنَ رَسولِ اللّه، وكَيفَ نَدعوا إلَيكُم ونَحنُ صُموتٌ؟
 
“Ey Peyğəmbər övladı, susmaqla sizi necə tanıda bilərik?”
 
Həzrət buyurdu:
 
قالَ: تَعمَلونَ ما أمَرناكُم بِهِ مِنَ العَمَلِ بِطاعَةِ اللّه، وتَتَناهَونَ عَمّا نَهَيناكُم عَنهُ مِنِ ارتِكابِ مَحارِمِ اللّهِ، وتُعامِلونَ النّاسَ بِالصِّدقِ وَالعَدلِ، وتُؤَدّونَ الأَمانَةَ، وتَأمُرونَ بِالمَعروفِ، وتَنهَونَ عَنِ المُنكَرِ، ولا يَطَّلِعُ النّاسُ مِنكُم إلاّ عَلى خَيرٍ، فَإِذا رَأَوا ما أنتُم عَلَيهِ قالوا: هؤُلاءِ الفُلانِيَةُ، رَحِمَ اللّهُ فُلانًا، ما كانَ أحسَنَ ما يُؤَدِّبُ أصحابَهُ، وعَلِموا فَضلَ ما كانَ عِندَنا، فَسارَعوا إلَيهِ. أشهَدُ عَلى أبي مُحَمَّدِ بنِ عَلِيٍّ رِضوانُ اللّهِ عَلَيهِ ورَحمَتُهُ وبَرَكاتُهُ، لَقَد سَمِعتُهُ يَقولُ: كانَ أولِياؤُنا وشيعَتُنا فيما مَضى خَيرُ مَن كانوا فيهِ، إن كانَ إمامُ مَسجِدٍ فِي الحَيِّ كانَ مِنهُم، وإن كانَ مُؤَذِّنٌ فِي القَبيلَةِ كانَ مِنهُم، وإن كان صاحِبُ وَديعَةٍ كانَ مِنهُم، وإن كانَ صاحِبُ أمانَةٍ كانَ مِنهُم، وإن كانَ عالِمٌ مِنَ النّاسِ يَقصُدونَهُ لِدينِهِم ومَصالِحِ اُمورِهِم كانَ مِنهُم، فَكونوا أنتُم كَذلِكَ، حَبِّبونا إلَى النّاسِ، ولاتُبَغِّضونا إلَيهِم.
 
“Siz Allaha əmr etdiyimiz kimi itaət edin, haramlarından çəkindirdiyimiz kimi çəkinin, camaatla haqq-ədalətlə davranın, əmanətə xəyanət etməyin, yaxşı işləri tövsiyə edin və pis işlərdən çəkindirin ki, onlar da sizdən xeyir və yaxşılıqdan başqa bir şey görməsinlər. Bunu görənlər istər-istəməz deyəcəklər: “Bunlar fılankəslərdəndir. Allah onlara rəhmət etsin, gör necə öz tərəfdarlarına tərbiyə vermişlər! Bu zaman onlar bizim dəyər-qiymətimizi bilər və bizə doğru yönələrlər. Atam Muhəmməd ibn Əlinin – Allah ondan razı olsun, ona rəhmət və bərəkətlər göndərsin – belə buyurduğunun şahidiyəm: “Bizim dost və şiələrimiz dövrün ən yaxşıları idi. Onlar olan yerdə başqası məscidin imamı olmazdı, hər hansı qəbilədə azan verən onlardan olardı, malını birinə tapşırmaq istəyən onlara verərdi, əmanətdar onlardan idi, camaat arasında dini məsələ və işlər üzrə məsləhətçi alim onlardan idi.” Elə isə siz də belə olun, bizi camaata sevdirin və onların nifrətini qazandırmayın!” (“Dəaimul-İslam”, c.1, səh.56.)
 
Maide.az – Maarif bölümü