Ebolanı Amerika istehsal edib

Amerikanın Ebola  epidemiyasıyla əlaqəsinin olduğu bildirilir.
 
Maide.az-ın xəbərinə görə, ayrı-ayrı media orqanları yazır ki, Afrikanın qərbindəki ölkələrdə ölümə səbəb olan və eyni zamanda dünyanın digər yerlərinə də sirayət edən Ebola virusu Amerikanın hərbi bioloji müharibə layihəsi çərçivəsində istehsal olunub.
 
Xəbərdə Amerika ilə bəzi Qərb ölkələrinin Çinin Afrika qitəsindəki nüfuzuna etiraz etmək və bu qitənin zəngin mədən mənbələri üzərində nəzarət üçün Ebola virusunu bir müharibə vəsaiti kimi istifadə etdiklərinə diqqət çəkilir. Həmçinin bəzi Qərb firmalarının bu kimi ölkələrə bol miqdarda dərman sataraq qazanc əldə etdiklərinə diqqət çəkilir.
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hal-hazırda 9 min ebola viruslu xəstə var və indiyə kimi ən azı 4500 nəfər ölüb.