Eldəniz Quliyev 100 manat cərimələndi

Mayın 9-da Milli Şuranın Koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyev bir qrup polis tərəfindən saxlanılıb.   

 
Bu barədə Eldəniz Quliyev öz feysbuk hesabında məlumat yayıb.   
 
Eldəniz Quliyevin sözlərinə görə, ofisdən çıxarkən iki nəfər mülki geyimli polis tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 20-ci polis bölməsinə aparılıb: "Yaşıma görə inzibati həbs cəzası düşmədiyindən, protokol tərtib edildi və mən 100 manat cərimə olundum”.   
 
Eldəniz Quliyev cərimənin qeyri-qanuni olduğunu bildirib.