Fevral ayının 22-si həbs müddəti başa çatan Şeyx Sərdar Hacıhəsənli gecə saatlarında azadlığa buraxılıb.
Maide.Az xəbər verir ki, bu gün səhərdən etibarən onu ziyarətə dostları, yaxınları, ruhanilər gəliblər.
Yaxınlıqdakı mərasim evində görüş keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Şeyx Sərdar Hacıhəsənli görüş yerinə gələndən bir neçə dəqiqə sonra Yasamal Rayon Polis İdarəsinin əməkdaşları mərasim evinə gələrək, burada İcra Hakimiyyətinin tədbirinin keçiriləcəyini bildirərək insanlardan zalı tərk etməyi istəyiblər.
Bu səbəbən planlaşdırılan görüş baş tutmayıb. Görüş yerinə gələn insanlar geriyə qayıdıblar.
Qeyd edək ki, gün ərzində adı çəkilən mərasim evində nəzərdə tutulan görüş ev şəraitində davam edəcək.