Şeyx Saffar: `Müvəffəqiyyətsizliklərimizi başqalarının ayağına yazmaqdan imtina etməliyik`

Maide.az-ın məlumatına görə, Ərəbistanın tanınımış İslam alimlərindən olan höccətülislam Şeyx Həsən Saffar İslam dininin elmə verdiyi əhəmiyyətdən danışaraq belə deyib: "İslam ümməti aktual həyatı asanlaşdıracaq və problemlərə həll yolu göstərəcək, bəşəriyyətin inkişafına vəsilə olacaq yeni bir mədəniyyətə ciddi şəkildə ehtiyac duymaqdadır. İslam dini namaz və həccə əhəmiyyət verdiyi kimi yaradılış aləmi üzərində düşünüb, yaradılışın sirlərinə çatmağa da əhəmiyyət verməkdədir. Din alimləri insanları ibadətlərə təşviq etdikləri kimi elmi layihələr hazırlamağa da təşviq etməlidirlər. Təəssüf ki, elmi mənada İslam ümməti başqalarının çıxardıqlarını istehlak etməklə məşğuldur! Niyə ümmət tarixi müharibələrə vaxt itirmək əvəzinə, elm istehsalı ilə məşğul deyil?! Artıq məğlubiyyət və müvəffəqiyyətsizliklərimizi başqalarının ayağına yazmaqdan imtina etməliyik. Ağıllı millətlər müvəffəqiyyətsizliklərlə özlərini cəzalandırırlar. Əgər bu gün İslam ümmətində də bir geri qalmışlıq varsa, ki vardır, ümmət özünə gəlməli və özünə hakim olan mədəniyyəti nəzərdən keçirməlidir. Həqiqətən yaşadığı mədəniyyət İslamidirmi, bunu sual etməlidir! Müvəffəqiyyətsizliyini başqasının ayağına yazan bir cəmiyyətin müvəffəqiyyətlə tanış olması qeyri-mümkündür!"