Şeyx İsa Qasim: Bəhreyn rejimi siyasi məhbusları azad etməlidir

Bəhreyn lideri Şeyx İsa Qasim hazırda dünyada korona epidemiyasının hökm sürdüyü bir vaxtda, Bəhreyndəki siyasi məhbusların sərbəst buraxılmalı olduğunu bildirdi.
 
Maide.Az "rastxeber"ə istinadla xəbər verir ki, Şeyx İsa Qasim bu mövzuda açıqlama yayaraq, "din, hüquqi, milli və insan hüquqları kimi qəbul edilməsə belə və ölkəni ərəb icması idarə etməsə belə, Bəhreyndə siyasi vicdan məhbusları sərbəst buraxılmalıdır. "Covid-19" virusu həbsxanalara girə və dünyanın yaşadığından da dəhşətli faciələr yarada bilər", - deyə bildirib.
 
Şeyx İsa Qasim bu qədər insanın əziyyət çəkdiyi və ölümlərin insanlarda çaxnaşmaya səbəb olduğu hazırkı vəziyyətdə təhlükəsizlik hesablamalarının gözlənilməz olduğunu deyib:
 
"Bu siyasi istiqamət deyil, humanitar, vicdan və emosional bir vəziyyətdir. Çünki korona virusunun yaratdığı şərait siyasi sui-istifadə üçün yer vermir. Ailələrə mübtəla olan korona virusu fəlakəti ölkədə əlamətdar bir şey qoymayacaq", - deyə Ayətullah İsa Qasim vurğulayıb.