Şeyx Zəkzaki Kaduna mərkəzi həbsxanasına köçürülür

Nigeriya şiələrinin rəhbəri Şeyx Zəkzaki Kaduna şəhər mərkəzi həbsxanasına köçürülür. 
 
Maide.Az  İRİNN-ə istinadla xəbər verir ki, Kaduna əyalətinin Ali Məhkəməsi bu haqda qərar qəbul edib. 
 
Qərara əsasən səhhətlərində ciddi problemlərin olması nəzərə alınmadan Şeyx İbrahim Zəkzaki  və onun həyat yoldaşı  Kaduna mərkəzi həbsxanasına köçürüləcək. 
 
Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.
 
17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kaduna vilayəti ali məhkəməsinə ərizə göndərilib. 
 
Avqustun 5-də Nigeriya məhkəməsi ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının müalicə üçün Hindistana getməsi haqqında qərar çıxardıb.
 
Avqust ayında Nigeriya hökuməti Şeyx İbrahim Zəkzaki və həyat yoldaşını Hindistanda müaliciyə gönərib. Lakin daha sonra Şeyx İbrahim Zəkzakinin həyatına təhülkə olması etirazından sonra Nigeriya hökuməti Şeyxi Nigeriyaya geri qaytararaq naməluma şəraitdə saxlayırdı.
 
Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. İndiyədək onlarla Əhli-beyt (ə) ardıcılı bu aksiyalarda polis tərəfindən güllənərək şəhid edilib və çox sayda insan yaralanıb.