Şeyx Zəkzakinin azadlığı tələbi ilə yenidən etiraz aksiyası keçirilib – FOTO

 
Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin tərəfdarları etiraz aksiyası keçirib. 
 
Maide.Az “ABNA”a istinadla xəbər verir ki, ötən gün Əbuca şəhərində keçirilən aksiyada Şeyx Zəkzaki və onun həyat yoldaşının  azadlığı tələb olunub. 
 
Xatırlaqdaq ki, Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.
 
17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kaduna vilayəti ali məhkəməsinə ərizə göndərilib. 
 
Avqustun 5-də Nigeriya məhkəməsi ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının müalicə üçün Hindistana getməsi haqqında qərar çıxardıb.
 
Avqust ayında Nigeriya hökuməti Şeyx İbrahim Zəkzaki və həyat yoldaşını Hindistanda müaliciyə gönərib. Lakin daha sonra Şeyx İbrahim Zəkzakinin həyatına təhülkə olması etirazından sonra Nigeriya hökuməti Şeyxi Nigeriyaya geri qaytararaq naməluma şəraitdə saxlayırdı.
 
Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. İndiyədək onlarla Əhli-beyt (ə) ardıcılı bu aksiyalarda polis tərəfindən güllənərək şəhid edilib və çox sayda insan yaralanıb.