Fələstin Qırmızı Xaçdan ‘Covid-19’a görə İsrail həbsxanalarındakı məhbuslara kömək istədi

Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurerə müeaciət edib.
 
Maide,Az xəbər verir ki, "Anadolu" agentliyinin məlumatına görə, Maliki Maurerdən fələstinli məhbusları yeni növ koronavirusdan (Covid-19) qorumaq üçün işğalçı İsrail rejiminə təzyiq göstərməsini istəyib.
 
Rejimin həbsxanalarında həm xroniki xəstələrin, həm də inzibati məhbusların olduğunu söyləyən Maliki, Maurerdən məhbusların sərbəst buraxılması üçün səy göstərməsini xahiş edib.
 
Rəsmi məlumatlara görə, işğalçı İsrail rejim həbsxanalarında 5 min fələstinli var.
 
Onlardan 43-ü qadın, 180-ni uşaq və 700 nəfəri xroniki xəstədir.