Xroniki xəstəliyi olan 200 fələstinli məhbusun risk altında olması barədə xəbərdarlıq edib

 

Bir çox ictimai fəal, hüquqşünas və hüquq müdafiəçiləri həbsxanalarla bağlı verdikləri birgə açıqlamada, koronavirusun yayılması səbəbiylə ciddi risk qrupuna düşən İsrail rejiminin zindanlarındakı məhbusların sərbəst buraxılması üçün təcili tədbirlər planına çağırıblar.
 
Maide.Az xəbər verir ki, "Məhbuslar üçün azadlıq" adı altında radio proqramına qatılan Əsir Məlumat İdarəsinin sözçüsü Əli əl-Məğribi, "işğalçının zindanları epidemiyanın yayılması qorxusuna görə kritik və həssas bir prosesə şahidlik edir", - deyə bildirib.
 
İşğalçı rejimin həbsxana rəhbərliyinin məhbusları korona epidemiyasından qorumaq üçün heç bir tədbir görmədiyini deyən əl-Məğribi, "İsrail Həbsxanası İdarəsi məhkumlar arasında təmizlik və dezinfeksiyaedici məhsullar paylamadığı üçün epidemiyanın yayılmasına səbəb oldu. Bu, koronavirusun ötürülməsi riskini artırır", -söyləyib.
 
Digər tərəfdən, məhbusların koronaya qarşı həssas və təkbaşına olduğunu deyən Fələstinli Həbsxana Klubunun (PPS) sözçüsü Amani Sarahneh, yeni növ koronavirus səbəbiylə İsrail həbsxanalarında fələstinli məhbusların sağlamlıq vəziyyətindən narahat olduqlarını vurğulayıb.
 
İddiaların mərkəzindəki həbsxanalarda həyata keçirilən "Kovid-19" tədbirlərinin yetərli olmadığına diqqət çəkən Sarahneh, "həbsxanalardakı karantinin sona çatdığı haqqında məlumat verdik. Bununla birlikdə tədbirlərin görülməməsi səbəbindən hələ də həbsxanalardakı vəziyyətdən narahatıq", - deyə bildirib: "Bir qrup tibb işçisinin məhkumların vəziyyətini izləmək və koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün həbsxanalara girməsi zəruridir."
 
Fələstin rəsmilərinin bildirdiyinə görə, İsrail həbsxanalarında və nəzarət mərkəzlərində qadınlar və uşaqlar da daxil olmaqla 5000-ə yaxın fələstinli var.
 
Fələstinli Məhbuslar Klubu xroniki xəstəliyi olan 200 fələstinli məhbusun risk altında olması barədə xəbərdarlıq edib.
 
Uzun müddət İsrail həbsxanalarında saxlanılan və sonra sərbəst buraxılan Məhəmməd əl-Kik bütün ölkələrin çətin prosesdən keçdiyini və utancverici, alçaldıcı və ədalətsiz beynəlxalq münasibətlərin bir daha şahidi olduqlarını bildirib.
 
Əl-Kik məhkumlara qarşı qeyri-insani yanaşmalarına və beynəlxalq qanunlara məhəl qoymamasına baxmayaraq, bu günə qədər İsraili qınayan və törətdiyi cinayətlərə son qoymağı hədəfləyən hər hansı rəsmi bəyanat eşitmədiyini söyləyib: "Məhkumların mesajı qısadır: Çox gec olmamış bizi xilas edin."