Fələstin BƏƏ-dən səfirini geri çağırıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə işğalçı İsrail rejim arasında münasibətlərin normallaşmasına dair razılığın əldə edilməsi qərarından sonra Fələstin bu ölkədəki səfirini geri çağırıb. 
 
Maide.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki facebook səhifəsində yazıb.
 
O bildirib ki, Fələstin rəhbərliyi İsrail, BƏƏ və ABŞ arasındakı üçtərəfli razılaşmanı qınayır. 
 
Qeyd edək ki, yaxın həftələrdə İsrail və BƏƏ arasında investisiya, turizm, birbaşa uçuşlar, təhlükəsizlik, telekommunikasiya və digər sahələr üzrə bir sıra sazişlərin imzalanacağı bildirilir.