Fələstinlilərin öz müqəddəratlarını təyin etmə hüquqları tanındı

Fələstinlilərin öz müqəddəratlarını təyin etmə hüquqları tanındı

 
Eastnews.org-un verdiyi xəbərə görə, BMT Baş Assambleyası Fələstin xalqının öz siyasi və torpaq bütövlüyü ilə bağlı müqəddəratını təyin etmə haqqını tanıyıb.
 
  Bu barədə Fələstin Muxtariyyəti Xarici İşlər naziri Riyad əl-Maliki açıqlama verib.  
 
Riyad əl-Maliki açıqlamasında bildirib ki, bu haqq müstəqil ölkələrin sahib olduğu müstəsna haqqdır.  
 
"Biz də bu qərarı hədəf alaraq hüquqlarımızı qoruyacağıq. Atacağımız addımlar gələcəkdə daha çox beynəlxalq hüquq çərçivəsində reallaşacaq", - deyə Riyad əl-Maliki diqqətə çatdırıb.