Rusiyada hərbi təyyarə qəzaya uğrayıb

Rusiyanın Moskva vilayətində "İL-112V" markalı hərbi-nəqliyyat təyyarəsi təlim zamanı qəzaya uğrayıb.
 
Maide.Az "Report"a istinadla  xəbər verir ki, bu barədə "Rostex" dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, hadisə zamanı göyərtədə 3 nəfər olub.
 
Moskva vilayətində təlim zamanı qəzaya uğrayan "İL-112V" hərbi-təlim təyyarəsinin ekipaj komandiri Rusiya Qəhrəmanı olub.
 
Qəzaya uğrayan təyyarənin komandiri əməkdar pilot, Rusiya Qəhrəmanı Nikolay Kuimov olub.
 
Məlumatda həmçinin göyərtədəki bütün ekipaj üzvlərinin öldüyü qeyd olunub.
 
Qəzanın səbəbləri araşdırılır.