'Facebook' nasazlığın səbəbini açıqladı

“Məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdə cavabdeh olan magistral marşrutlaşdırıcılarda konfiqurasiya dəyişiklikləri şəbəkənin kəsilməsi ilə nəticələnib”.

 
Maide.Az xəbər verir ki, bu barədə “Facebook” şirkətinin məlumatında deyilir.
 
Bildirilib ki, şəbəkə trafikindəki pozulma məlumat emalı mərkəzlərinin işinə təsir göstərib, nəticədə tətbiq və xidmətlərin fəaliyyəti dayanıb.
 
“Sosial şəbəkənin, eləcə də “İnstagram” və “WhatsApp”ın işində nasazlıq istifadəçi məlumatlarının oğurlanmasına səbəb olmayıb”.