Facebook, İnstagram və WhatsApp-ın işində problemlər müşahidə olunur

Facebook və Instagram sosial şəbəkələrinin, həmçinin WhatsApp messencerinin işində problemlər bir neçə ölkədə müşahidə olunur.
 
Bu barədə Downdetector servisinin saytinda bildirilib.
 
Nasazlıqlar barədə şikayətlər ən çox ABŞ (xüsusilə Nyu-York və Kaliforniya ştatlarında), Meksika, Argentina, Braziliya və Kolumbiyadan da gəlir.
 
Avropa ölkələrindəki istifadəçilər də problemlər barədə məlumat verirlər. Rusiyada Moskva və Sankt-Peterburq sakinləri problemlə üzləşdilər. /Trend