Fitr bayramı ABŞ-ın daha bir şəhərində rəsmi tətil olacaq

ABŞ-ın Merilend şəhərinin yaxınlığında yerləşən Montkomri şəhərində yaşayan müsəlmanların tələbi ilə uzun müddətdən sonra  Fitr bayramı  bu şəhərin məktəblərində rəsmi  tətil günü kimi elan edilib. 
 
Maide.Az “Washington Post”a istinadla xəbər verir ki,2020-2021-ci il təhsil ilində  Fitr bayramı tətil olacaq.  Həmin gün şagirdlərin imtahanı olmuş olsa belə, müsəlman şagirdlər üçün imtahan ikinci dəfə təşkil olunacaq. 
 
Qeyd edək ki, Bundan öncə də Vermont, Masaçoset və Nyu-Cersi ştatlarında müsəlmanların bayramları tətil elan edilib.  
 
Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Barak Obama Fitr bayramı gününü ABŞ-ın bütün məktəblərində rəsmi  tətil günü kimi elan ediləcəyini açıqlamışdı.